Avtomobil oğrusu yaxalandı

  18 Noyabr 2013    Oxunub : 482
Avtomobil oğrusu yaxalandı
AzVision.az xəbər verir ki, Sabunçu rayonunun Pirşağı qəsəbəsində Bakı sakini Tofiq Məmmədova məxsus “VAZ-2107” markalı avtomobil qaçırılıb.

Rayon polis idarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili oğurlamış paytaxt sakini, əvvəllər məhkum olunmuş Əli Nağıyev yaxalanıb.

Xətai rayonunun Neapol küçəsində Bakı sakini Faiq Səfərova məxsus mağazadan oğurluğa cəhd göstərilib.

Oğurluğu törətmiş Gürcüstan vətəndaşı Ruslan Abdullayev və Lənkəran şəhər sakini Rafiq Səfərov Çevik Polis Alayının və rayon polis idarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Eləcədə İmişli rayonunda Şahlar Tapdıqlının evindən oğurluq edilib.

Rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq eden rayonun Bəhrəmtəpə qəsəbə sakinləri Nüsrət Tapdıqov və Samir Vəliyev tutulublar.

Eləcə də, Sabirabad rayonunun Bulaqlı kənd sakini Mətanət Mirzəyevanın evindən geyim əşyaları oğurlanıb.

Hadisəni törətmiş kənd sakini, əvvəllər məhkum olunmuş Sərdar Mirzəyev rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, faktlarla bağlı cinayət işi açılıb, araşdırmalar davam edir.

AzərTAc

Teqlər: