Azərbaycanda iş adamı öldürüldü

Azərbaycanda iş adamı öldürüldü
  19 Noyabr 2013    Oxunub:1943
Lənkəran rayonunda qətl hadisəsi baş verib.
AzVision.az APA- ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Lənkəran rayonu Göyşaban kəndi ərazisində, Ələt-Astara yolunun yaxınlığında baş verib.

Göyşaban kəndinin Etibar adlı sakini 90 RV 863 dövlət nömrə nişanlı, xarici markalı avtomobilində güllələnib. Onun mübahisə zəminində öldürüldüyü ehtimal olunur. Hadisənin kim və kimlər tərəfindən törədildiyi hələlik bilinmir.

Mərhumun qohumları və hüquq-mühafizə orqanlarının əməkdaşları qətl törədilmiş ərazidədirlər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.

Qətlə yetirilən şəxsin iş adamı olduğu bildirilir.


Teqlər:  





Xəbər lenti