Gənc alimlərin futbol çempionatı keçiriləcək

Gənc alimlərin futbol çempionatı keçiriləcək
  04 Aprel 2019    Oxunub:3342
Azərbaycan Milli Elmlər Akademiyasının Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı, İşlər İdarəsi və Azad Həmkarlar İttifaqının dəstəyilə AMEA-nın gənc alim və mütəxəssislərinin VI institutlararası futbol çempionatı keçiriləcək.
Akademiyadan Azvision.az -a verilən məlumata görə, ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illik yubileyinə həsr olunan ənənəvi çempionatda iştirak etmək istəyən komandalar aprelin 10-dək iştirakları ilə bağlı ərizələri AMEA Gənc Alim və Mütəxəssislər Şurasına təqdim etməlidirlər.

Komandaların heyətini AMEA-nın müvafiq müəssisəsində yalnız ştatda və yaxud yarımştatda çalışan (01.01.2019 tarixindən bəri işə götürülənlər istisna olmaqla) əməkdaşları təmsil oluna bilər. Müəssisə üzrə komandanın təşkili məsələsinə müvafiq təşkilatın Gənc Alim və Mütəxəssislər Şurasının sədri cavabdehlik və məsuliyyət daşıyır.

Azvision.az



Teqlər: AMEA  





Xəbər lenti