BDU-nun rektoru ad gününü tələbə yataqxanasında qeyd edib

   BDU-nun rektoru ad gününü tələbə yataqxanasında qeyd edib
  05 Aprel 2019    Oxunub:3996
Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev ad gününü tələbə yataqxanasında tələbələrlə birgə qeyd edib. Azvision.az -ın məlumatına görə, bunu təhsil üzrə ekspert Kamran Əsədov sosial şəbəkədəki hesabında yazıb.
O, qeyd edib ki, rektor tələbə yataqxanasında otaqlara baxıb, şəraitlə tanış olub: "BDU-nun yataqxanasından bir tələbə yazıb ki, axşamüstü 7-8 olardı. Dedilər rektor otaqlara baxır, şəraitlə tanış olur. Koridora çıxdıq.

Ayaqüstü söhbətdən sonra zala yığışdıq. Suallar, üçün tam şərait yaratdı, problemlərimizi dinlədi. Gəmirici, ağcaqanad, istilik, internet xətti, pəncərə toru, ödəniş, ürəyimizi boşaltdıq. Qeydlər apardı. Axır ki, yolu yataqxana otaqlarından düşən, problemimizlə yerindəcə maraqlanan rektorumuz da oldu.

Rektor özüylə şirniyyat gətirmişdi. Sonra öyrəndik ki, ad günüymüş. Rektorun ad gününü bizimlə keçirməsi ikiqat sevinc oldu. Təbrik edirik sizi Elçin müəllim və problemlərimizin həllinə kömək göstərəcəyinizə inanırıq".

Azvision.az


Teqlər: BDU   Rektor  





Xəbər lenti