"Qarabağ" Halldorssonla yollarını ayırıb

  05 Aprel 2019    Oxunub : 2451
 "Qarabağ" Halldorssonla yollarını ayırıb
Bu gün “Qarabağ” klubu bir futbolçusu ilə yollarını ayırıb.
Azvision.az klubun saytına istinadən xəbər verir ki, islandiyalı qapıçı Hannes Tor Halldorssonla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Mövsümün əvvəlində komandaya transfer olunan Hannes bu mövsüm 8 oyunda ( 4 Premyer Liqa, 4 avrokubok) meydanda olub.

Azvision.az

Teqlər: Qarabağ   Qapıçı