İordaniya BMT TŞ-yə qatılır
Məhəmməd əl-Mumaninin bu sözləri sitat gətirilir: “İordaniya BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü statusunu əldə etmək üçün rəsmi ərizə vermişdir. Krallıq bu məsələyə maraq göstərir, müvafiq siyasi və diplomatik məsuliyyəti dərk edir”. Nazirin bəyanatında qeyd edilir ki, ölkə beynəlxalq birliyin dəstəyinə arxalanır.
Bu ilin oktyabrında Səudiyyə Ərəbistanı ilk dəfə olaraq Baş Assambleya tərəfindən 2014-2015-ci illər üçün Təhlükəsizlik Şurasına üzv ölkə seçilib. Bundan sonra onun hökuməti öz yerindən imtina etdiyini elan edib. O, belə hesab edir ki, təşkilatda islahatlar lazımi qaydada keçirilmir və onun işi qeyri-səmərəlidir.
Teqlər: