Kazan qəzasının qara qutusu tapıldı

Kazan qəzasının qara qutusu tapıldı
  19 Noyabr 2013    Oxunub:1011
Kazanda qəzaya uğramış “Tatarıstan” aviaşirkətinə məxsus “Boinq 737-500” təyyarəsinin qara qutusu tapılıb.
AzVision.az.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə Dövlətlərarası Aviasiya Komitəsi məlumat yayıb.

Qəzanın araşdırılması üçün rusiyalı həmkarlarına bu gün Rusiyaya gələn ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının əməkdaşları da kömək edəcək.

Daha əvvəl isə təyyarənin qara qutusunun çox ciddi zədələndiyi xəbər verilmişdi. İlkin ehtmallara görə eniş vaxti təyyarənin göyərtəsində nasazlıq yaranıb. Rusiyanın istintaq komitəsi qəzayla bağlı açıqlama verib. Komitənin açıqlamasına görə, qəzanın dəqiq səbəbləri məlum deyil, amma burada insan amili və ya texniki qüsurların səbəb ola biləcəyini ehtimal edilir.

Xatırladaq ki, noyabrın 17-də Kazanın beynəlxalq hava limanında 52 nəfərin ölümü ilə nəticələnən dəhşətli təyyarə qəzası baş verib. Qəzada ölənlər arasında Tatarıstan prezidentinin böyük oğlu İrek Minnixanov da var. Tatarıstan prezidenti bu günü ölkədə matəm elan edib.


Teqlər:





Xəbər lenti