Gəncə və Goranboyda yol qəzaları

Gəncə və Goranboyda yol qəzaları
  19 Noyabr 2013    Oxunub:3730
AzVision.az Trend-ə istinadən xəbər verir ki, bu gün axşam saat 22 radələrində Gəncənin Heydər Əliyev prospekti ilə Cavad Xan küçəsinin kəsişməsində yol qəzası baş verib.

Gəncə sakini Natiq Kəsəmənli Opel Astra markalı avtomobil idarə etməsini itirib və nəticədə avtomobil ağaca çırpılıb. Hadisə şahidlərinin sözlərinə görə sürücü yüngül bədən xəsarətləri alıb, avtomobil isə ayarsız hala düşüb, faktla bağlı Baş Polis İdarəsində araşdırma aparılır.

Daha bir yol qəzası isə Goranboy rayonunda baş verib. Hadisə Dəliməmmədli - Bəşirabad yolunda qeydə alınıb. Elmar Ələsgərovun idarə etdiyi VAZ 2106 markalı avtomobil yoldan çıxaraq aşıb. Sürücü ağır bədən xəsarətləri ilə Gəncə şəhər təcili tibbi yardım xəstəxanasının reanimasiya şöbəinə yerləşdirilib.

Faktla bağlı Goranboy polis şöbəsində araşdrıma aparılır. Ilkin ehtimallar görə hər iki qəzaya yüksək sürət səbəb olub.


Teqlər:





Xəbər lenti