Cüdoçumuz olimpiya çempionunu məğlub etdi

Cüdoçumuz olimpiya çempionunu məğlub etdi
  06 Aprel 2019    Oxunub:2713
Türkiyənin Antalya şəhərində cüdo üzrə beynəlxalq "Qran-Pri" yarışına start verilib.
Azvision.az xəbər verir ki, turnirin ilk günündə Azərbaycan millisi hesabına bir medal yazdırıb.

Qadınlar arasında 52 kq çəki dərəcəsində mübarizə aparan Gültac Məmmədəliyeva yalnız bir görüşdə uduzaraq bürünc medal qazanıb. Azərbaycan cüdoçusu 3-cü yer uğrunda görüşdə olimpiya çempionu, braziliyalı Sara Menezeşi məğlub edib.

Qeyd edək ki,Antalya "Qran-Pri" sində 75 ölkədən 485 (297 oğlan, 188 qız) cüdoçu mübarizə aparır. Beynəlxalq turnirə aprelin 7-də yekun vurulacaq.

Azvision.az



Teqlər: Cüdo   Medal   Bürünc  





Xəbər lenti