Putinin Ermənistan səfərinin vaxtı açıqlandı

Putinin Ermənistan səfərinin vaxtı açıqlandı
  19 Noyabr 2013    Oxunub:950
Rusiya prezidenti Vladimir Putin dekabr ayının əvvəllərində Ermənistana səfər edəcək.
AzVision.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, bunu ötən gün erməni həmkarı Eduard Nalbandyanla görüşündə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

S.Lavrov bu görüşün Rusiya üçün böyük əhəmiyyət kəsb etdiyini bildirərək hazırda bu istiqamətdə hazırlığın getdiyini diqqətə çatdırıb.

Nalbandyanla Lavrovun görüşündə Ermənistanın Gömrük İttifaqına qoşulması prosesi, iki ölkənin müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı və ikitərəfli münasibətləri də müzakirə olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti