4 cüdoçumuz Avropa kubokunun finalına çıxdı

  06 Aprel 2019    Oxunub : 937
4 cüdoçumuz Avropa kubokunun finalına çıxdı
Azərbaycanın dörd cüdoçusu Çexiyanın Teplitse şəhərində keçirilən Avropa kuboku yarışlarında finala vəsiqə qazanıb.
Azvision.az xəbər verir ki, yarışların birinci günündə İsmayıl Qənbərli (50 kq), Şükran Zamanlı (55 kq), Turan Bayramov (66 kq), Nahid İsmayılov (66 kq) bütün rəqiblərini məğlub edərək finala yüksəliblər.

Qeyd edək ki, yarışda ölkəmizi 19 kişi və 8 qadın cüdoçu təmsil edir. Turnirdə 33 ölkədən 700-dən çox cüdoçu mübarizə aparır.

Azvision.az

Teqlər: Cüdo   Kubok