Cüdoçularımız Avropa kubokunda 8 medal qazanıblar

 Cüdoçularımız Avropa kubokunda 8 medal qazanıblar
  07 Aprel 2019    Oxunub:3082
Çex Respublikasının Teplitse şəhərində yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışına start verilib.
Azvision.az xəbər verir ki, 34 ölkədən 771 idmançının mübarizə apardığı beynəlxalq turnirin ilk günü Azərbaycan millisi üçün uğurlu olub.

Yeniyetmə cüdoçularımız 3 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıb. İsmayıl Qənbərli (50 kq), Kamran Süleymanov (55 kq) və Turan Bayramov (60 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Şükran Zamanlı (55 kq), Nahid İsmayılov (66 kq) yalnız finalda uduzaraq gümüş medala layiq görülüb. Səbinə Əliyeva (48 kq), Aydın Rzayev (55 kq) və Mətin Rzazadə (66 kq) bürünc medala sahib olub. Avropa kuboku yarışına aprelin 7-də yekun vurulacaq.

Azvision.az



Teqlər: Cüdo   Avropa-Kuboku  





Xəbər lenti