Bill Klinton qadın prezident istəyir

Bill Klinton qadın prezident istəyir
  19 Noyabr 2013    Oxunub:1378
ABŞ-ın keçmiş prezidenti Bill Klinton ümid etdiyini bildirib ki, yaxın gələcəkdə Ağ Evin sahibi qadın olacaq. “The Telegraph” qəzetinin xəbərinə görə, Klinton bu fikirləri Çində keçirdiyi mətbuat konfransında səsləndirib.
- Mən ümid edirəm ki, ABŞ prezidenti postunda qadın görə biləcəyəm və bu, həm ABŞ, həm də dünya üçün xeyirli olacaq,- deyə eks-prezident vurğulayıb.

Amma o, həmin qadın prezidentin öz xanımı Hillar Klinton olacağı barədə suala cavab verməkdə çətinlik çəkib.

AzVision.az


Teqlər:





Xəbər lenti