Lavrov: `Əliyevlə Sarkisyanın görüşü müsbət nəticələnəcək`

Lavrov: `Əliyevlə Sarkisyanın görüşü müsbət nəticələnəcək`
  19 Noyabr 2013    Oxunub:1304
Dağlıq Qarabağ məsələsi yalnız sülh yolu ilə həll edilə bilər. RF-nin xarici işlər naziri Sergey Lavrov, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü öncəsi belə bir bəyanat səsləndirib.

Rusiya, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın noyabrın 19-da Vyanada keçiriləcək görüşündə müsbət nəticələr əldə ediləcəyinə ümid edir. AzVision.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Rusiya Federasiyasının xarici işlər naziri Serey Lavrov Moskvada keçirilən mətbuat konfransı zamanı belə deyib.

Lavrovun sözlərinə o, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Mİnsk qrupunun həmsədr ölkəsinin “ XİN rəhbəri olaraq, bu görüşün nəticələrinin müsbət olacağına hər şeydən əvvəl ona görə ümid edir ki, bu Ermənistan və Azərbaycan prezidentlərinin son iki ildə ilk görüşü olacaq.

“ Prezidentlərin birbaşa danışıqları, qarşılıqlı razılaşma əldə etmək üçün danışıqların davam etdirilməsi üçün lazım olan atmosferin yaranmasına yol açacaq”-deyə Lavrov qeyd edib.

Lavrov həmçinin, qeyd edib ki, Rusiya Minsk qrupunun digər həmsədrləri ABŞ və Fransa kimi Qarabağ məsələsi ilə bağlı üç ölkənin prezidentlərinin bəyanatına sadiqdir.

Bu il iyun ayında edilən üç ölkənin prezidentlərinin Lox-Erne şəhərində verdikləri bəyanatda qeyd olunur ki, münaqişənin sülh yolu ilə həllinə alternativ yoxdur və tərəflər ATƏT-in əsas prinsiplərinə sadiq qalmalıdırlar.

Xatırladaq ki, Sergey Lavrov erməni həmkarı Edvard Nalbandyanla görüşünün yekunu üzrə keçirilmiş mətbuat konfransında bilidirib ki, ölkəsi münaqişənin həllinə yardım etməyə hazırdır.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti