Məşhur türk aktyor dünyasını dəyişdi

Məşhur türk aktyor dünyasını dəyişdi
  19 Noyabr 2013    Oxunub:1405
Türkiyənin məşhur komediya ustası Nejat Uyğur ötən gün 86 yaşında vəfat edib.

AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, beyin damarlarında yaranan problemə görə 2007-ci ildə iflic olan aktyor son 26 gündür xəstəxanada idi. Aktyor nəfəs çatışmazlığından dünən yerli vaxtla saat 19:50-də vəfat edib.

Səntçi üçün cənazə namazı Teşvikiye məscidində qılınacaq, daha sonra Zincirlikuyu məzarlığında torpağa tapşırılacaq.
Türkiyə prezidenti Abdulla Gül və baş nazir Rəcəb Tayyib Ərdoğan aktyorun ailəsinə başsağılığı diləyib. Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək isə mərhumun oğlu Behzat Uyğura zəng edərək başsağılığı verib.

Fatimə Kərimli



Teqlər:





Xəbər lenti