Hacı Əliyev üçüncü dəfə Avropa çempionu oldu

  09 Aprel 2019    Oxunub : 2255
 Hacı Əliyev üçüncü dəfə Avropa çempionu oldu
Azərbaycanın daha bir sərbəst güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Azvision.az xəbər verir ki, 65 kiloqram çəki dərəcəsində mübarizə aparan Hacı Əliyev həlledici görüşdə Türkiyə təmsilçisi Selahəttin Kılıçsallayanı məğlub edərək karyerasında üçüncü dəfə Avropa çempionu adına sahib olub.

Xatırladaq ki, Hacı Əliyev həm də üçqat dünya çempionudur.

Azvision.az

Teqlər: Hacı-Əliyev