Deputatın qohumları qaçan gəlini kənddən qovur

Deputatın qohumları qaçan gəlini kənddən qovur
  19 Noyabr 2013    Oxunub:1716
“O kəndin ağsaqqalları var, onların dediyi hamı üçün qanundur”
Ağcabədidən seçilən millət vəkili Aqil Abbas təmsil etdiyi rayonda baş verən son hadisələrə münasibət bildirib. Mətbuatın günlərdir işıqlandırdığı “toy əhvalatından” danışan deputat AzVision.az-a açıqlamasında Ağcəbədidə toydan qaçan gəlinin yaşadığı kənddən qovulması və bu məsələlərdə təmsil etdiyi rayonun adının hallanmasına toxunub.

Millət vəkilini hesab edir ki, heç bir kənd sakini həmin gəlini və onun ailəsini kənddən qova bilməz:

“Birinci onu deyə bilərəm ki, həmin qız və valideynləri belə hərəkət etməklə yalnışlığa yol veriblər. Məsələnin başqa tərəfi var ki , Avşar camaatı mənim qohumlarımdır və onlar möhkəm camaatdır, Qarabağda müəyyən xarakterləri, bütövlükləri ilə fərqlənirlər. Oranın adamlarında dəli-doluluq var. Amma o sözü demək ki, yığışıb, bu ailəni kənddən qovacağıq. Bu ola bilməz”.

Millət vəkili deyib ki, Ağcabədiyə gedib, bu barədə söhbət edəcək “Mən rayona gedəcəm və yeri gələndə onlarla söhbət edəcəm. Heç kimin haqqı yoxdur ki, kimisə kənddən qovsun. Salam verməyə bilərlər, ictimai qınaq ola bilər,toyuna, yasına çağırmazsan... Amma kimisə kənddən qovmaq... biz hansı zəmadənə yaşayırıq? Orta əsrlərdə yaşamırıq ki, camaati didərgin salacağıq döyəcəyik? O kəndin ağsaqqalları var. Onların dediyi hamı üçün qanundur. Hətta adam öldürsələr o adam desə , onun qanından keçərlər ki, ağsaqqal deyib, barışın. Görünür ki, oranın cavanları əsəbiləşib belə bir şey yazıblar”-deyə deputat münasibət bildirib.

Xatırladaq ki, bu il noyabrın 3-də Ağcabəddə qeyri-adi toy əhvalatı baş verib. Belə ki, gəlin zorla evləndirilməsi barədə 102-yə müraciət edib. Hüquq-mühafizə orqanlarının müdaxiləsindən sonra gəlin atası evinə qaytarılıb. Bu hadisə ölkədə ciddi müzakirələrə səbəb olub.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti