“İstanbuldakı seçkinin nəticələri ləğv oluna bilər” - Ərdoğan
“Əgər praktiki olaraq 11 milyon seçicinin yaşadığı İstanbul kimi şəhərdə səslərin sayındakı fərq cəmi 30 mindirsə və apellyasiya şikayəti verildikdən sonra bu rəqəm 13 minədək düşürsə, onda biz bu mübarizəmizi davam etdirməliyik. Bütün şübhələri aradan qaldırmaq lazımdır. Vəziyyətin bu cür davam etməsi hətta İstanbuldakı seçki nəticələrinin tamamilə ləğv olunmasına da gətirib çıxara bilər”, – deyə Ərdoğan vurğulayıb.
O, həmçinin bildirib ki, hər kəs Türkiyənin Ali Seçki Komissiyasının (ASK) istənilən qərarına hörmət etməlidir. Bu mənada, Ərdoğan hətta özündən nümunə də gətirib: “1991-ci ildə parlamentə deputat seçildim, amma ASK-nın qərarı ilə mandatım əlimdən alındı. Mən bu qərarı qəbul etməyə məcbur idim”.
Leyla Elbrusqızı
Azvision.az
Teqlər: Türkiyə Seçki İstanbul