“Samsung”un məhsulu iflasa uğradı

“Samsung”un məhsulu iflasa uğradı
  19 Noyabr 2013    Oxunub:1250
Cənubi Koreya elektron nəhəngi “Samsung”un sentyabrın 4-də təqdim etdiyi “Galaxy Gear” “ağıllı” saatlarının satışı istənilən səviyyədə həyata keçməyib.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, belə ki, oktyabrın 4-də ABŞ-da satışa çıxarılan məhsulun yalnız 50 min ədədi satılıb.
Məsələnin daha başqa bir tərəfi ondan ibarətdir ki, “Galaxy Gear”ı alan alıcıların 30 faizi cihazdan məmnun qalmayıb.

Qeyd edək ki, "ağıllı" saatlar üzərində, həmçinin “Foxconn”, “Kreyos” və “Google” şirkətləri işləyir. Bundan əvvəl Yaponiyanın “Sony” şirkəti bu cür saatlar istehsal edib.

Mirvari



Teqlər:





Xəbər lenti