Gənclər Fondu 237 tələbənin borclarını ödəyib

Gənclər Fondu 237 tələbənin borclarını ödəyib
  11 Aprel 2019    Oxunub:3153
“İstedadlı və sosial həssas kateqoriyadan olan gənclərin təhsil haqqı borclarının ödənilməsi əsas istiqamətlərdən olub. Bunun üçün bu il maliyyə vəsaitinin ayrılması nəzərdə tutulub. Ötən ilin sonunda bir qədər büdcə vəsaitimizin qaldığını gördükdən sonra fəaliyyətin həyata keçirilməsi ilə bağlı qərar verdik. Noyabrda müsabiqə elan etdik, ötən il 237 tələbənin təhsil haqqı borclarını Gənclər Fondu ödədi. Gənclər bunu rəğbətlə qarşıladı”
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında Gənclər Fondunun 2018-ci ildəki fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı Fondun icraçı direktoru Fərid Cəfərov deyib.

İcraçı direktor bu istiqamətdə işlərin davam etdiriləcəyini qeyd edib: “Hazırda gənclər müsabiqə ilə maraqlanır. Növbəti müsabiqə üçün sənəd qəbulu bu ilin iyul-avqustunda olacaq. Nəzərdə tutmuşuq ki, ötən ilə nisbətən ən azı 2 dəfə çox tələbənin təhsil haqqını ödəyək”.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Fond   Tələbə  





Xəbər lenti