“Adi məsələyə görə övladlarına təzyiq edirlər” - Fərid Cəfərov

  “Adi məsələyə görə övladlarına təzyiq edirlər” -    Fərid Cəfərov
  11 Aprel 2019    Oxunub:4024
“Xaricdə təhsilin maliyyələşdirilməsi ilə bağlı aprel ayının sonunda elan verməyə çalışacağıq. 2019-2020-ci tədris ilində gənclərin xaricdə magistr pilləsi üzrə təhsilini Gənclər Fondu maliyyələşdirəcək. İlk il olduğu üçün bir qədər az tələbənin maliyyələşdirilməsini nəzərdə tutmuşuq. Yəqin ki, universitet və ixtisasların da siyahısı geniş olmayacaq”
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında Gənclər Fondunun 2018-ci ildəki fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı fondun icraçı direktoru Fərid Cəfərov deyib.

Gənclərin suallarını cavablandıran F.Cəfərov valideynlərin adi bir məsələyə görə övladlarına təzyiq etdiklərini qeyd edib: “Bura universitetə daxil olmamaq da aiddir. Hətta bu, intihar səviyyəsinə qədər gətirib çıxarır. Gənclərin İnkişaf və Karyera Mərkəzinin yaradılmasının əsas təkanverici amillərindən biri odur ki, gənclərə universitetə daha yaxşı hazırlaşmaq üçün dəstək verilsin”.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: FəridCəfərov   Fond  





Xəbər lenti