Avropa çempionatı: 4 qadın güləşçimiz yarımfinalda
Tatyana Varansova ilk mərhələdə ikiqat dünya və Avropa çempionuna müqavimət göstərə bilməyib. Alyona Kolesnik startda isveçli rəqibini elə ilk dəqiqədə "tuşe" ilə məğlub edib. Macar idmançıyla görüşə də yaxşı başlayan Kolesnik 5 xal fərqiylə önə çıxıb. Ancaq üstünlüyünü qoruya bilməyən Alyona xalçadan məğlub ayrılıb.
Tatyana Omelçenko da qitə birinciliyinə inamlı qələbəylə start verib. Yığma üzvü Norveç təmsilçisini vaxtından əvvəl üstələyib. Omelçenko daha sonra gücünü polşalı rəqibinə göstərib və adını yarımfinala yazdırıb.
Elis Manolova ilk mərhələdə çətinliklə də olsa, isveçli həmkarına qalib gəlib. Elis 1/4 finalda alman güləşçini də məyus edərək yarımfinala yüksəlib.
Qeyd edək ki, yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 18:15-də start götürəcək.
Azvision.az
Teqlər: Avropa-Çempionatı