Messinin burun sümüyü çatlayıb

Messinin burun sümüyü çatlayıb
  11 Aprel 2019    Oxunub:3037
İspaniyanın “Barselona” futbol klubunun hücumçusu Lionel Messi UEFA Çempionlar Liqasında “Mançester Yunayted”lə qarşılaşma zamanı zədələnib.
Azvision.az TASS agentliyinə istinadən xəbər verir ki, 31 yaşlı argentinalı hücumçunun görüşün birinci hissəsində rəqib komandanın futbolçusu Smollinqin dirsəklə zərbəsi nəticəsində burun sümüyündə çat yaranıb. Əlavə olaraq, Messinin göz qapağına da zərər dəyib. Argentinalı hücumçunun son durumu tibbi müayinədən keçdikdən sonra müəyyənləşəcək.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının dörddəbir finalında “Barselona” və “Mançester Yunayted” arasındakı cavab qarşılaşması aprelin 16-da İspaniyadakı “Kamp Nou" stadionunda keçiriləcək.

Azvision.az



Teqlər:





Xəbər lenti