Daha bir idmançımız Buxarestdə medal qazandı

  11 Aprel 2019    Oxunub : 696
Daha bir idmançımız Buxarestdə medal qazandı
Azərbaycanın qadın güləşçisi Elmira Qəmbərova Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
Azvision.az xəbər verir ki, 59 kq çəki dərəcəsində mübarizə aparan idmançımız üçüncü yer uğrunda görüşdə Ukrayna təmsilçisi Angelina Lisakı məğlub edib.

Qeyd edək ki, qadın güləşçilərin yarışında Azərbaycan təmsilçisi Elis Manolova (65 kq) finalda rumıniyalı Krista İnçe ilə qarşılaşacaq. Sabah Tatyana Omelçenko (62 kq) bürünc medal, Alyona Kolesnik (57 kq) isə təsəlliverici görüşünə çıxacaq.

Azvision.az

Teqlər: Güləş