Dostluq qələbə çaldı

Dostluq qələbə çaldı
  20 Noyabr 2013    Oxunub:1519
Azərbaycanın futbol yığması Bişkekdə Qırğızıstan komandası ilə heç-heçə oynadı.
Bişkekdə, Dolen Omurzakov adına stadionda Qırğızıstan ilə Azərbaycan yığmaları arasında yoldaşlıq matçı keçirilib.

AzVision.az xəbər verir ki, oyun qarşılıqlı hücum şəraitində keçib. Çoxlu sayda təhlükəli məqamların olmasına baxmayaraq, Azərbaycan futbolçuları rəqiblərin qapısından top keçirə bilməyiblər.

Nəticədə oyun 0:0 hesabı ilə başa çatıb.

Komandalar aşağıdakı tərkibdə meydana çıxdılar.

Qırğızıstan komandası: Pavel Matyaş, Valeri Kiçin, Tahir Avçiyev, Davron Əsgərov, Fərrux Abitov, Vadim Xarçenkio, Klod Maka Kum, Anatoli Vlasiçev, Əhləddin İsrailov, Xurşit Lutfullayev, Devid Bryus Tette.
Azərbaycan komandası: Səlahət Ağayev, Mahir Şükürov, Rahid Əmirquliyev, Vaqif Cavadov, Elnur Allahverdiyev, İlter Taşkin, Bədəvi Hüseynov, Rauf Əliyev.

Matçı Artyom Kuçinin başçılığı ilə Qazaxıstandan arbitrlər briqadası oyunu idarə edirdi.


Teqlər:  





Xəbər lenti