"Barselona" autsayderlə bacarmadı

"Barselona" autsayderlə bacarmadı
  14 Aprel 2019    Oxunub:2159
İspaniya La Liqasında 32-ci turun oyunları davam edir.
Azvision.az xəbər verir ki, bu gün lider "Barselona" növbəti oyununa çıxıb. Kataloniya klubu səfərdə autsayder "Ueska" ilə qarşılaşıb. Qonaqların ardıcıl hücumları bəhrəsini verməyib. Görüş qolsuz bərabərliklə başa çatıb.

Qeyd edək ki, bu oyundan sonra 74 xalı olan "Barselona" turnir cədvəlində liderdir. "Atletiko Madrid" 2-ci, "Real" isə 3-cü sırada qərarlaşıb.

Azvision.az



Teqlər: Barselona  





Xəbər lenti