Premyer Liqada 24-cü tura yekun vurulur

  14 Aprel 2019    Oxunub : 775
Premyer Liqada 24-cü tura yekun vurulur
Bu gün Azərbaycan Premyer Liqasında 24-cü tura yekun vurulacaq.
Azvision.az xəbər verir ki, son oyun günündə "Keşlə" öz meydanında "Qəbələ" ilə, "Neftçi" isə səfərdə "Səbail"lə üz-üzə gələcək.

Qeyd edək ki, ötən gün turun ilk oyunları keçirilib. “Qarabağ” klubu “Sabah”ı 3:0, “Zirə” isə “Sumqayıt”ı 2:0 hesabı ilə məğlub edib. Hazırda 54 xalı olan Ağdam təmsilçisi turnir cədvəlində liderdir. "Neftçi" isə 51 xalla ikinci sırada qərarlaşıb. Paytaxt klubu səfərdə "Səbail"ə qalib gələcəyi təqdirdə, "Qarabağ"la eyni xala malik olacaq.

Azvision.az

Teqlər: Neftçi