Sığortaçılar üçün attestasiya keçiriləcək

Sığortaçılar üçün attestasiya keçiriləcək
  14 Aprel 2019    Oxunub:1894
Müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər üçün aprelin 16-da attestasiya keçiriləcək.
Maliyyə Bazarlarına Nəzarət Palatasından Azvision.az -a verilən məlumata görə, "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun 83.4-cü maddəsinə və "Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi" Qaydalarının 4.1-ci bəndinə əsasən, müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər attestasiyaya dəvət olunurlar.

Attestasiyaya buraxılmaq üçün şəxsiyyət vəsiqəsi təqdim edilməlidir.

Azvision.az




Teqlər: Palata   Sığorta  





Xəbər lenti