Bulvarda dənizə düşən şəxs xilas edilib

   Bulvarda dənizə düşən şəxs xilas edilib
  14 Aprel 2019    Oxunub:2922
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.​​

Qeyd edək ki, hadisə Bakı bulvarında baş verib. Kimliyi məlum olmayan şəxsin intihar məqsədilə özünü dənizə atdığı bildirilir.

Azvision.az



Teqlər: FHN  





Xəbər lenti