Özəlləşdirilən dövlət əmlaklarının borcları silinəcək

Özəlləşdirilən dövlət əmlaklarının borcları silinəcək
  15 Aprel 2019    Oxunub:1823
Əmlak Məsələləri Dövlət Komitəsində bu ilin I rübündə görülmüş işlərə və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib.
Komitədən Azvision.az -a verilən məlumata görə, müşavirədə bildirilib ki, bu il əmlak idarəçiliyi sahəsində atılan ən böyük islahat xarakterli addımlardan biri də ölkə başçısının 2019-cu il martın 5-də imzaladığı “Özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borclarının tənzimlənməsi haqqında” qanundur.

Qanun özəlləşdiriləcək dövlət müəssisələrinin sağlamlaşdırılması və onların borclarının tənzimlənməsi məqsədi daşıyır.

Bu qanun nəticəsində 140-dan çox özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borcları silinəcək. Bu da təqribi hesablamalara görə 12 milyon manatdan artıq vəsait edir.

Azvision.az



Teqlər: Komitə  





Xəbər lenti