Samboçularımız 4 medal qazanıb

Samboçularımız 4 medal qazanıb
  15 Aprel 2019    Oxunub:2052
Şimali Kiprin Limasol şəhərində yeniyetmə və gənclər arasında sambo üzrə Avropa birinciliyi başa çatıb.
Azvision.az xəbər verir ki, samboçularımız qitə birinciliyində dörd medal qazanıblar. Yeniyetmə idmançıların yarışında Sahib Babayev (48 kq) və Toğrul Salmanov (87 kq-dan yuxarı) qitə birinciliyinin bürünc medallarına sahib olublar. Gənclərin yarışında isə Mehman Mehdizadə (57 kq) və Vilayət Bayramov (62 kq) üçüncü yeri tutublar.

Qeyd edək ki, ölkəmizi yeniyetmələr arasında səkkiz, gənclərin mübarizəsində isə dörd idmançı təmsil edib.

Azvision.az


Teqlər: Sambo   Avropa-birinciliyi  





Xəbər lenti