Paşinyan nazirlərin Moskva görüşünü şərh etdi
“Bu tapşırıqlar bizim Vyanadakı müzakirələrimizin əhatə dairəsilə, gündəliyin müzakirəsilə - mövqelərin yaxınlaşdırılmasına cəhdlə bağlıdır”, – deyə Ermənistanın baş naziri vurğulayıb.
Paşinyan, həmçinin Mnatsakanyanla Məmmədyarovun görüşündə Rusiya XİN rəhbəri Sergey Lavrovun da iştirak etməsində heç bir qəribəlik görmədiyini deyib: “Burada təəccüblü heç nə yoxdur. Rusiya ATƏT-in Minsk qrupunun 3 həmsədr ölkəsindən biridir. Bu cür təcrübə əvvəllər də olub. Rusiya, Fransa və ya ABŞ xarici işlər nazirlərinin himayəsi altında belə görüşlər keçirilə bilər”.
Xatıladaq ki, bu gün Moskvada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistanın XİN rəhbəri Zohrab Mnatsakanyan arasında görüş keçirilib. Görüşdə Minsk qrupunun həmsədr ölkəsinin xarici işlər naziri kimi Rusiya XİN başçısı Sergey Lavrov da iştirak edib. Daha sonra Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ probleminin həlli istiqamətində nazirlərin üçtərəfli danışıqlarına qatılıblar.
Leyla Elbrusqızı
Azvision.az
Teqlər: Azərbaycan Ermənistan DağlıqQarabağ Rusiya Minskqrupu