Meksikada gizli məzarlıqda 45 cəsəd tapıldı

Meksikada gizli məzarlıqda 45 cəsəd tapıldı
  16 Aprel 2019    Oxunub:1992
Meksikanın Sonora və Xalisko ştatlarında aşkarlanan gizli məzarlıqlarda 45 cəsəd tapılıb.
Azvision.az xəbər verir ki, bu barədə Meksika prokurorluğu məlumat yayıb. Bildirilib ki, cəsədlərdən 30-u Sonoranın Kaxeme bölgəsində, 15-i isə Xaliskonun Qvadalaxara kəndindəki gizli məzarlıqda aşkar edilib.

Hazırda tapılan cəsədlərin kimlərə məxsus olduğu müəyyənləşdirilir. Faktla bağlı istintaq aparılır.

Qeyd edək ki, Meksikada gizli məzarlıqlar əsasən narkoticarətlə məşğul olan mafiya şəbəkələrinin öz qurbanlarının cəsədlərini gizlətmək üçün istifadə edilir.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Meksika   Məzarlıq  





Xəbər lenti