Azərbaycanlılar Moskvada saxlanıldı
Nazirlikdən bildiriblər ki, noyabrın 20-də 1000-dən çox Rusiyada qeyri-qanuni olaraq yaşayıb işləyən miqrant Moksva polisi tərəfindən saxlanılıb. Məlumata görə, həmin miqrantlar Lyublino rayonunda yerləşən “Moskva” ticarət mərkəzində saxlanılıblar.
Polisin məlumatına görə, bəzi miqrantlar polisdən qaçmaq üçün maşınların baqajında gizlənməyə cəhd ediblər, lakin onların bu cəhdi uğursuz olub.
Araşdırmalar nəticəsində məlum olub ki ki, həmin 1000 nəfərdən 100-ü Rusiyada qeyri-qanuni olaraq fəaliyyət göstərir. Onların arasında azərbaycanlılar da var.
Həmçinin bildirilir ki, reydlər zamanı məşhur markaların saxta variantı aşkarlanıb.
Qeyd edək ki, Moskva meri Sergey Sobyanin bu ilin əvvəlindən bugünə kimi 13000 qeyri-qanuni miqrantın paytaxtdan departasiya olunduğunu bildirib.
AzVision.az