Putin Netanyahu ilə görüşəcək

Putin Netanyahu ilə görüşəcək
  20 Noyabr 2013    Oxunub:1285
Rusiya prezidenti Vladimir Putin İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşəcək.
AzVision.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, prezident Rusiyada səfərdə olan Netanyahunu bu gün Kremldə qəbul edəcək.

Görüşdə beynəlxalq siyasətin gündəmdə olan məsələləri və iki ölkə arasındakı münasibətlərin müzakirə olunacağı gözlənilir.

Mütəmadi olaraq görüşlər keçirən Putin və Netanyahu noyabrın əvvəlində də telefonla əlaqə saxlamışdılar.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti