Yeni Zelandiyada təhlükəsizliyə təhdid səviyyəsi aşağı endirildi

Yeni Zelandiyada təhlükəsizliyə təhdid səviyyəsi aşağı endirildi
  17 Aprel 2019    Oxunub:1360
Yeni Zelandiya hökuməti milli təhlükəsizliyə təhdid səviyyəsinin aşağı salınması barədə qərar qəbul edib.
Azvision.az xəbər verir ki, bu barədə “New Zealand Herald” ölkənin baş naziri Casinda Ardernə istinadən mləumat yayıb.

Qeyd olunur ki, qərar bir neçə dövlət qurumu və xidmətlərin daxil olduğu Təhdidlərin Qiymətləndirilməsi Birləşmiş Qrupunun (CTAG) tövsiyəsinə əsasən qəbul edilib.

Xatırladaq ki, martın 15-də avstraliyalı Brenton Tarant Yeni Zelandiyanın Kraystçerç şəhərindəki iki məscidə terror hücumu edərək insanlara atəş açıb. Hadisə nəticəsində 50 nəfər ölüb, 59 nəfər xəsarət alıb. Teraktdan sonra Yeni Zelandiya hakimiyyəti ölkədə təhlükəsizliyə təhdid səviyyəsini aşağıdan ən yüksək həddədək qaldırdığını elan etmişdi.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: YeniZelandiya  





Xəbər lenti