Koreya sakini öz evini yandırdı, sonra 5 qonşunu öldürdü

Koreya sakini öz evini yandırdı, sonra 5 qonşunu öldürdü
  17 Aprel 2019    Oxunub:1412
Cənubi Koreyanın Kyonsan Namdo əyalətinin Cincu şəhərində yaşayan 42 yaşlı kişi bu gün səhər saatlarında öz mənzilini yandırıb, daha sonra yanğından qaçmağa çalışan qonşularını bıçaqlayıb. Nəticədə 5 nəfər ölüb, 13-ü isə yaralanıb.
Azvision.az “Korea Times”a istinadən xəbər verir ki, kişi əvvəlcə mənzilini yandırıb və sonra qonşularını öldürmək üçün “yanğın var” deyə qışqıraraq onların öz evlərindən çıxmasına nail olub. Xilas olmaq üçün qonşuların ehtiyat pilləkənlərdən istifadə edəcəyini əvvəlcədən bilən kişi əlinə bıçaq alaraq pusquda dayanıb və qaçmağa çalışanlara hücum edib.

Hadisə yerinə gələn polis 42 yaşlı cinayətkarı həbs edib. Yaralılar xəstəxanaya yerləşdirilib. Lakin onlardan bir neçəsinin vəziyyəti çox ağır olduğundan ölənlərin sayının artacağı istisna edilmir.

Polis məntəqəsində dindirilən qatil bu hərəkətinin səbəbini dövlət ödəmələrinin gecikdirilməsindən əsəbləşməsilə izah edib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Koreya   Yanğın  





Xəbər lenti