Fransa Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiqdir– Rəsmi Paris

  17 Aprel 2019    Oxunub : 1945
Fransa Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiqdir– Rəsmi Paris
Fransanın xarici işlər naziri Jan-İv le Drian Parisdə səfərdə olan erməni həmkarı Zohrab Mnatsakanyanla görüşərək, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edib.
Azvision.az xəbər verir ki, bu barədə Fransa XİN-in yaydığı bəyanatda deyilir.

Qeyd olunub ki, görüş zamanı nazirlər xüsusən də, Ermənistanla Azərbaycan arasında aparılan son danışıqları və diskussiyaları müzakirə ediblər. Bu mənada, Mnatsakanyan 15 apreldə azərbaycanlı və rusiyalı həmkarları Elmar MəmmədyarovSergey Lavrovla keçirdiyi Moskva görüşünün detalları barədə Fransa XİN rəhbərini məlumatlandırıb.

Jan-İv le Drian isə öz növbəsində, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Fransanın Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə sülh yolu ilə həllinə sadiq olduğunu bir daha təsdiqləyib. Tərəflər münaqişənin sülh yolu ilə nizamlanmasının təşviqi üçün əlverişli şəraitin formalaşdırılmasının vacibliyini vurğulayıblar.

Xatırladaq ki, Mnatsakanyan ötən gün Fransaya 3 günlük işgüzar səfərə gedib.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Azərbaycan   Ermənistan   DağlıqQarabağ   Fransa