İran XİN: “Suriya problemini region ölkələri həll etməlidir”

  17 Aprel 2019    Oxunub : 1222
İran XİN: “Suriya problemini region ölkələri həll etməlidir”
Suriyadakı münaqişənin həlli ilə yalnız region dövlətləri məşğul olmalıdır.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyəyə səfərə gələn İranın xarici işlər naziri Cavad Zərif hava limanında jurnalistlərlə açıqlamasında deyib.

"Suriyadakı problemin region ölkələri arasındakı müzakirələrlə həll edilməsini istəyirik. Biz regional problemlərin həllini tapmasına töhfə verməyə ümid edirik”, – deyə Zərif vurğulayıb.

Türkiyəni son bir ayda ikinci dəfədir ki ziyarət etdiyini xatırladan Zərif həmkarı Mövlud Çavuşoğlu və digər rəsmilərlə keçirəcəyi görüşlərdə ikitərəfli münasibətlərlə yanaşı, regional problemləri və Afrikanın şimalındakı prosesləri də müzakirə edəcəklərini deyib.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Türkiyə   Suriya   İran