Gənc güləşçilərimiz Türkiyəyə yarışa gedir

  17 Aprel 2019    Oxunub : 427
Gənc güləşçilərimiz Türkiyəyə yarışa gedir
Aprelin 18-dən 21-dək Türkiyənin Antalya şəhərində gənc güləşçilər arasında "Çempionlar" turniri keçiriləcək.
Azərbaycan Güləş Federasiyasından Azvision.az -a verilən məlumata görə, ənənəvi yarışda ölkəmizi sərbəst və qadın güləşçilərimiz təmsil edəcək. Sərbəst güləş üzrə gənclərdən ibarət yığmamızın böyük məşqçisi Rövşən Hacıyev və məşqçi Abil İbrahimovun rəhbərliyi altında Azər Əhmədov, Mahir Məmmədzadə (hər ikisi 57 kq), İntiqam Vəlizadə (61 kq), Turan Bayramov, Vahid Əlizadə (hər ikisi 65 kq), Əşrəf Aşurov, Elmar Kazımov (hər ikisi 70 kq), Nəsib İsayev, Nadir Hacıyev (hər ikisi 74 kq), Abubakr Abakarov (79 kq), Fuad Mayılov (86 kq), Asxab Həmzətov (92 kq), Sənan Əliyev (97 kq) və İslam Abuyev (125 kq) qardaş ölkədə xalça üzərinə çıxacaq.

Qadınların yarışında isə böyük məşqçi Həsrət Məmmədyarovun tapşırıqlarını Sevinc Əhədova, Yasəmən Məcidli (hər ikisi 50 kq), Ayşən Yusifova (53 kq), Birgül Sultanova (57 kq), Ceyla Nağızadə (65 kq) və Jalə Əliyeva (68 kq) yerinə yetirməyə çalışacaq.

Qeyd edək ki, "Çempionlar" turnirində beynəlxalq dərəcəli hakim Tural Əliyev ədaləti qoruyacaq.

Azvision.az

Teqlər: Güləş   Türkiyə