ABŞ-dan Türkiyəyə yeni “Patriot” təklifi

  17 Aprel 2019    Oxunub : 1171
 ABŞ-dan Türkiyəyə yeni “Patriot” təklifi
Rəsmi Ankara “Patriot” hava hücumundan müdafiə sistemlərinin tədarükü ilə bağlı Vaşinqtondan yeni təklif alıb.
Azvision.az xəbər verir ki, bu barədə Vaşinqonda səfərdə olan Türkiyənin milli müdafiə naziri Hulusi Akar ABŞ-ın müdafiə naziri səlahiyyətlərinin icraçısı Patrik Şenaxanla keçirdiyi görüşün yekunlarına dair jurnalistlərə açıqlamasında deyib.

““Patriot” hava hücumundan müdafiə sistemləri üzrə danışıqların müxtəlif mərhələlərindən sonra ABŞ ehtiyac duyduğumuz bu sistemlərlə bağlı bizə yeni təklif verib. Hazırda bizim qurumlar və mütəxəssislərimiz həmin təklifi detallı şəkildə nəzərdən keçirilməsi ilə məşğuldurlar. Bu iş başa çatdıqdan sonra biz nəticələr barədə amerikalı həmkarlarımızı dərhal məlumatlandıracağıq” – Aker vurğulayıb.

Xatırladaq ki, Ankara 20 raket buraxılış qurğusu və 80 raketilə birlikdə 4 ədəd “Patriot” hava hücumundan müdafiə sistemlərinin alışı üçün ABŞ-a müraciət etmişdi. Vaşinqton bu sistemlərin satışına öncə icazə verməyib, daha sonra isə yüksək məbləğ tələb edib. Lakin Ankaranın Rusiyadan “S-400” zenit-raket komplekslərini almaq qərarı ABŞ-ın fikrini dəyişib və nəticədə, ötən ilinin dekabrında ABŞ Dövlət Departamenti Türkiyəyə 3,5 milyard dollar dəyərində “Patriot” hava hücumundan müdafiə sistemlərinin avadanlıqlarla birlikdə satışını nəzərdə tutan mümkün sazişin imzalanmasına razılıq verib. Lakin Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bildirmişdi ki, Vaşinqtonun təklifində Moskvanın “S-400”lərlə bağlı təqdim etdiyi kimi əlverişli şərtlər yoxdur.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Türkiyə