ABŞ və Rusiya Təhlükəsizlik Şuraları məsləhətləşmə aparıb

ABŞ və Rusiya Təhlükəsizlik Şuraları məsləhətləşmə aparıb
  17 Aprel 2019    Oxunub:1173
Moskvada Rusiya Təhlükəsizlik Şurası və ABŞ Milli Təhlükəsizlik Şurası aparatları arasında birgə məsləhətləşmələr keçirilib.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.

“Təhlükəsizlik sahəsində Rusiya-ABŞ arasında qarşılıqlı fəaliyyətinin gələcək imkanları, o cümlədən də, hər iki ölkənin Təhlükəsizlik Şuraları xətti üzrə əlaqələrin davam etdirilməsi məsələsi müzakirə olunub. Həmçinin, məsləhətləşmələr zamanı beynəlxalq gündəmin bir sıra məsələlərinə nəzər salınıb. Məsləhətləşmələr konstruktiv və qarşılıqlı hörmət şəraitində keçib” – məlumatda qeyd olunub.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Moskva   Rusiya   ABŞ  





Xəbər lenti