Portuqaliyada dəhşətli qəza: 29 turist ölüb

  18 Aprel 2019    Oxunub : 1705
 Portuqaliyada dəhşətli qəza: 29 turist ölüb
Portuqaliyanın Madeyra adasında turistləri daşıyan avtobus qəzaya uğrayıb. Hadisə nəticəsində 29 nəfər ölüb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, ölənlərin hamısı Almaniyadan gəlmiş turistlərdir. Ümumilikdə avtobusda 50 nəfər olub. Faciə ilə əlaqədar Portuqaliyanın Madeyra adasında üçgünlük matəm elan edilib.

Azvision.az

Teqlər: Portuqaliya   Qəza   Faciə   Matəm