“Liverpul” və “Tottenhem” yarımfinalda - VİDEO

  18 Aprel 2019    Oxunub : 1206
 “Liverpul” və “Tottenhem” yarımfinalda - VİDEO
Bu gecə keçirilən daha 2 görüşlə Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.
Azvision.az xəbər verir ki, "Liverpul" səfərdə "Portu"nun qonağı olub. İlk görüşdə rəqibini 2:0 hesabı ilə məğlub edən İngiltərə klubu bu dəfə 4:1 hesablı qələbə qazanaraq yarımfinala yüksəlib.



İlk görüşdə səfərdə “Tottenhem”ə 0:1 hesabı ilə uduzan “Mançester Siti” doğma meydanda qələbə qazansa da, növbəti mərhələyə keçə bilmyəib. Görüş 4:3 hesabı ilə bitib. Bu nəticə “Tottenhem”i yarımfinala yüksəldib.



Qeyd edək ki, “Liverpul” yarımfinalda “Barselona”, “Tottenhem” isə Ayaks”la qarşılaşacaq.

Azvision.az

Teqlər: Liverpul   Tottenhem   ÇL