ABŞ-ın enerji naziri istefaya gedir

 ABŞ-ın enerji naziri istefaya gedir
  18 Aprel 2019    Oxunub:1500
ABŞ-ın enerji naziri Rik Perri prezident Donald Trampın administrasiyasını tərk etməyi planlaşdırır. Lakin onun istefası qaçılmaz deyil.

Azvision.az xəbər verir ki, bu barədə “Reuters”ə ABŞ administrasiyasındakı etibarlı mənbə bildirib.
Onun sözlərinə görə, Texas ştatının qubernatoru postundan nazirlik kürsüsünədək qalxaraq Trampın enerji istehsalının artırılması siyasətində başlıca fiqurlardan biri olan Perri artıq öz istefası ilə bağlı işləri yekunlaşdırmaq üzrədir.

Lakin ABŞ Enerji Nazirliyinin sözçüsü Şeylin Hayns məlumatı təkzib edərək bildiirb ki, “Nazir Perrinin tezliklə administrasiyanı tərk edəcəyi doğru deyil. O, prezident Trampa xidmət etdiyi və Enerji Nazirliyinə rəhbərlik etdiyi işindən məmnundur”.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Enerji   ABŞ  





Xəbər lenti