Premyer Liqada 25-ci tura start verilir

Premyer Liqada 25-ci tura start verilir
  18 Aprel 2019    Oxunub:1806
Bu gün Azərbaycan Premyer Liqasında 25-ci tura start veriləcək.
AzVision.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçiriləcək.

"Səbail" səfərdə "Sumqayıt"ın qonağı olacaq. Oyun saat 16:45-da başlayacaq. Digər görüşdə isə lider "Qarabağ" "Tofiq Bəhramov"da autsayder "Keşlə"ni qəbul edəcək. Matçın start fiti 19:00-da çalınacaq.

Qeyd edək ki, turun digər iki oyunu sabah keçiriləcək.

AzVision.az


Teqlər: Futbol   Premyer-Liqa  





Xəbər lenti