Pakistanda silahlılar 14 sərnişini güllələdi

Pakistanda silahlılar 14 sərnişini güllələdi
  18 Aprel 2019    Oxunub:1568
Pakistanın cənubundakı Bəlucistan əyalətində naməlum silahlıların avtobusa hücumu nəticəsində azı 14 nəfər ölüb.
Azvision.az xəbər verir ki, bu barədə “Geo TV” telekanalı məlumat yayıb. Qeyd olunur ki, hadisə Kəraçi və Qvadar şəhərlərini birləşdirən Makran sahilyanı şosesində baş verib. Silahlı qrup avtobusu saxlayıb və sərnişinlərdən sənədlərini tələb edib.

“Sənədlərin yoxlanmasının ardından 14 nəfər avtobusdan çıxarıldı və sonra güllələndilər” – telekanalın mənbəsi bildirib.

Silahlı hücum qurbanlarının cəsədləri Ormar şəhər xəstəxanasına aparılıb. Hücumçuların kimliyi və motivləri barədə hələlik məlumat yoxdur.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Pakistan   Bəlucistan  





Xəbər lenti