126 min nəfər Naxçıvan muzeylərini ziyarət edib

126 min nəfər Naxçıvan muzeylərini ziyarət edib
  18 Aprel 2019    Oxunub:2287
2019-cu ilin birinci rübündə Naxçıvan Muxtar Respublikasında muzeyləri 30 min 523-ü əcnəbi vətəndaş olmaqla, ümumilikdə, 125 min 998 tamaşaçı ziyarət edib.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin məlumatında bildirilib.

Qeyd olunub ki, muzey fondlarının zənginləşdirilməsində muxtar respublika sakinləri fəal iştirak edib, muzeylərə 410 eksponat daxil olub. Ötən dövrdə muxtar respublika kitabxanalarında yeni oxucu sayı 926, oxucu gəlişi 26 min 770 nəfər olub, 33 məhdud fiziki imkanlı şəxsə səyyar kitabxana xidməti göstərilib.

Azvision.az


Teqlər: Naxçıvan   Muzey  





Xəbər lenti