Nazarbayevə yeni vəzifə veriləcək

  18 Aprel 2019    Oxunub : 1173
 Nazarbayevə yeni vəzifə veriləcək
Avrasiya İqtisadi İttifaqının (Aİİ) 29 mayda keçiriləcək beşinci sammitində Qazaxıstanın sabiq və ilk prezidenti Nursultan Nazarbayevə təşkilatın fəxri sədri titulu veriləcək.

Azvision.az xəbər verir ki, bu barədə “Kommersant” qəzeti Aİİ-dakı mənbəsinə istinadən yazıb.
Mənbənin sözlərinə görə, Aİİ-nın yaradılması ideyasının müəllifi olduğu üçün ona təşkilatın fəxri sədri vəzifəsinin verilməsi məsələsi müzakirə olunur. Hazırda Aİİ-da bu adda post olmadığından, Nazarbayevin gələcək vəzifə səlahiyyətlərinin çərçivəsi də hələ dəqiq müəyyənləşdirilməyib. Lakin böyük ehtimalla, fəxri sədrin əsas səlahiyyətləri sırasına Aİİ-nı “xarici oyunçular qarşısında” təmsil etmək daxil olacaq.

Qeyd olunur ki, Nazarbayevin vəzifə səlahiyyətlərinin nədən ibarət olacağına dair məsələ əvvəlcə 29 apreldə təşkilata üzv dövlətlərin baş nazir müavinləri səviyyəsində, aprelin 30-da isə hökumət başçıları tərəfindən müzakirə olunacaq. Son qərar isə Aİİ-nin 29 maydakı yubiley sammitində təsdiqlənəcək.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Qazaxıstan   Aİİ