Kimin Rusiyaya ilk səfərinin vaxtı açıqlandı

Kimin Rusiyaya ilk səfərinin vaxtı açıqlandı
  18 Aprel 2019    Oxunub:1627
Şimali Koreya lideri Kim Çen In Rusiyaya aprelin ikinci yarısında səfər edərək prezident Vladimir Putinlə görüşəcək.
Azvision.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Vladimir Putinin dəvəti üzrə Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının sədri Kim Çen In aprelin ikinci yarısında Rusiya Federasiyasını ziyarət edəcək”, – deyə mləumatda vurğulanıb.

Qeyd edək ki, bu, Kim Çen Inın Rusiyaya ilk səfəri olacaq. Bundan əvvəl Vladimir Putin 2000 və 2001-ci illərdə Şimali Koreyanın hazırkı liderinin atası Kim Çen İrlə görüşlər keçirib.

Cənubi Koreya KİV-lərinin yazdığına görə, Kim Çen In Vladivostoka gülləkeçirməz qatarla gedəcək.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Vladivostok   Koreya   Rusiya  





Xəbər lenti